İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” mövzusunda videokonfrans keçirilib

562 22.06.2020 18:12 Ölkə A A

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı könüllülərlə “Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” mövzusunda görüş keçirib. 

"Report" xəbər verir ki, görüş İİTKM-in İslahat Könüllüləri təşkilatının təşkilatçılığı ilə videokonfrans formatında baş tutub. 

Görüşdə pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri və postpandemiya dövrü üçün proqnozlardan danışılıb. Müzakirələr, əsasən, ÜDM-nin artımı, tədiyyə balansı, makroiqtisadi vəziyyət, büdcə siyasəti, monetar siyasət və innovativ inkişafı əhatə edib.

Görüşdə Mərkəzin könüllüləri ilə yanaşı, ASAN, DOST, QİDA, miqrasiya, aqrar və gömrükçü könüllüləri də olmaqla yüzlərlə gənc iştirak edib.

V.Qasımlının çıxışının ardınca könüllüləri və mətbuat nümayəndələrini maraqlandıran suallar dinlənib, fikir mübadiləsi aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR