İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ilə Xorvatiya Xarici İşlər nazirləri arasında görüş keçirilib

385 29.04.2019 14:18 Son xəbər A A

Bakıda Azərbaycan və Xorvatiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Mariya Peyçinoviç Buriç arasında görüş keçirilib.

Musavat.com xəbər verir ki, görüşün yekunlarına dair mətbuat konfransında E.Məmmədyarov iki ölkə arasında strateji tərəfdaşlıq barədə 2013-cü ildə imzalanmış sənədlə təməli qoyulan əməkdaşlığın başlıca istiqamətlərini müzakirə etdiklərini deyib.

“Xorvatiyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi aydındır. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmçinin Xorvatiya Cənub Qaz Dəhlizi də daxil olmaqla Azərbaycanın iştirak etdiyi iqtisadi layihələrdə də maraqlıdır. Biz nəqliyyat və infrastruktur məsələlərini də müzakirə etdik”, – E.Məmmədyarov bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR