İnsanlara hürriyət, millətlərə istiqlal!

“AZƏRBAYCAN HAKİMİYYƏTİNİN TÜRKİYƏ MEDİASINA ÇIXMAQ CƏHDİ UĞURSUZDUR”

2180 20.02.2012 09:47 Gündəm A A

Azərbaycan müxalifəti isə cavabın yetərli olmadığını düşünür. Demokratik düşərgə təmsilçiləri hesab edir ki, məsələyə ölkənin birinci şəxsi səviyyəsində münasibət bildirilməli idi.
Osman KazımovMüsavat Partiyasının Divan üzvü Osman Kazımovun qənaətinə görə, Azərbaycan hakimiyyəti Türkiyə mətbuatında, xüsusilə də baş nazirə yaxınlığı ilə seçilən mətbuat orqanlarında gedən yazılardan ciddi narahatlıq keçirir və həmin ittihamlardan yaxa qurtarmaq üçün Türkiyə mediasına çıxmaqda canfəşanlıq edir: “Amma Senatda qanun qəbul edilən ərəfədə Azərbaycan hakimiyyətinin hər hansı ciddi addımlarını, təəssüf ki, görmədik. Hakimiyyət daha çox görüntü xarakterli və daxili siyasətə hesablanmış bəyanatlarla kifayətləndi. Azərbaycanda avtoritar rejim mövcud olduğundan Fransa Senatının qərarına dair ciddi bəyanat İlham Əliyev tərəfindən verilməli idi. Çünki ölkədə hər şey birinci şəxsin iradəsi ilə həyata keçirilir. Hakimiyyətin Fransaya münasibəti Türkiyəyə münasibətindən müqayisə edilməyəcək dərəcədə yaxşıdır. Bu, son günlərdə həmsədrliklə bağlı hakimiyyət təmsilçilərinin mövqelərindən də aydın sezilir”.
Fuad QəhrəmanlıAXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Azərbaycan Fransa ilə bağlı ciddi addımlar atmaqdan çəkinir: “Həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinin qınağından yaxa qurtarmaq üçün dövlət rəsmilərinin dilindən mövqelər bildirildi. Amma məsələyə nə dövlət başçısı səviyyəsində münasibət bildirildi, nə də konkret addımlar atıldı. Bu addımlardan biri Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılması məsələsinin gündəliyə gətirilməsi ola bilərdi. Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Xarici İşlər Nazirliyinə nota verə bilərdi. Heç olmasa, deyilə bilərdi ki, Türkiyə hansı addımlar atsa, Azərbaycan da analoji addımlar atacaq. Bunları görmədik. Ancaq aşağı səviyyəli məmurların dilindən bəyanatlar səsləndirildi. Bu da real məzmun daşımadığından haqlı olaraq Türkiyə tərəfin narazılığına səbəb oldu”.
Türkiyənin Qarabağ məsələsində tutduğu mövqeyinin Azərbaycandakından fərqlənmədiyini deyən AXCP rəsmisi hesab edir ki, Azərbaycan tərəfin bu mövqeyi siyasi qərarın formalaşmasına təsir göstərə bilər: “Türkiyə hakimiyyəti belə bir nəticəyə gələ bilər ki, Azərbaycandakı mövcud hakimiyyət Türkiyənin strateji müttəfiqlik maraqlarının inkişafında maraqlı deyil. Bu da Türkiyənin Qarabağ məsələsinə münasibətinə təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, PKK Azərbaycanda terror təşkilatı kimi tanınmayıb. Ona görə də Azərbaycan rəsmilərinin Türkiyə mediasına çıxmaq cəhdləri uğursuz addımdır. Bu cəhd nə Türkiyə siyasi elitası, nə də Türkiyə ictimaiyyəti tərəfindən ciddi qəbul olunacaq. Bunun elə bir nəticəsi olmayacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR