İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan futbolçuları qəzaya düşdü: Oyun keçirilmədi

2711 14.05.2015 16:42 Hadisə A A
Əvəzedicilərin çempionatında XXXIV turunun bu gün keçirilməli olan "Simurq"-"Bakı" matçı baş tutmayacaq.

Peşəkar Futbol Liqasının texniki-idman şöbəsinin rəisi Zamiq Hüseynovun sözlərinə görə, "Bakı"nın avtobusu qəzaya uğrayıb və bu səbəbdən matç təxirə salınıb: "Mən məsələ ilə bağlı saat 12 radələrində "Bakı"nın icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladım. O, mənə dedi ki, onları Zaqatalaya daşıyan avtobus Şamaxı yolunda qəzaya uğrayıb.

O bildirdi ki, görüşün təxirə salınması üçün bizə məktub ünvanlayacaq. Lakin Yaşar Seyidova bunun qeyri-mümkün olduğunu bildirdim. Artıq hakimlər də ora gedib. 

"Simurq" meydana çıxacaq, görəcək ki, rəqib yoxdur, hakim də bunu protokola qeyd edəcək. Sonrasını İntizam Komitəsi aydınlaşdıracaq".

Bildirilir ki, "Simurq"-"Bakı" matçı saat 14:00-da başlamalı idi (futbolpress.az).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR