İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan diplomatiyasında qadınların iştirak payı nə qədərdir? – XİN rəsmisi AÇIQLADI

518 07.06.2024 19:26 Siyasət A A

"Uzun illər diplomatiya kişi peşəsi hesab edilib və qadınlar bu sahəyə, ümumiyyətlə, yaxın buraxılmayıb".

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Humanitar və Sosial məsələlər idarəsinin rəis müavini Şəfa Qasımova "Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər" mövzusundakı dəyirmi masada deyib.

O qeyd edib ki, beynəlxalq siyasətdə qadınların rolunun artırılması yalnız 1980-cı illərdən müzakirə olunmağa başlanıb: "Hələ də bu məsələdə nəticə istənilən səviyyədə deyil. Dünyada Xarici İşlər nazirlikərində qadınların təmsilçiliyi cəmi 25 faizdir. Qadın səfirlərin sayı isə cəmi 20 faizdir. Göründüyü kimi, dünyada qadınların diplomatiyada iştirakı aşağıdır.

İyunun 24-də qadın diplomatlarının gününü qeyd edəcəyik. Azərbaycanda Nazirlər Kabinetinin tərkibində qadın nazir olmadığı üçün dünya üzrə statistikada sonuncu yerdəyik. Amma parlamentdə iştiraka görə vəziyyət daha ürəkaçandır".

Şəfa Qasımova bildirib ki, Azərbaycan XİN-də də qadınların təmsilçiliyi yüksək deyil. Nazirlikdə ümumi heyətin üçdə birini qadınlar təşkil edir: "Azərbaycanın xarici ölkələrdəki 67 səfirinin cəmi 2-si qadındır. 6 baş konsulumuz kişi, cəmi 1-i qadındır. Xarici ölkələrdə keçirilən tədbirlərdə qadınların iştirakının artırılması vacibdir. Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ən böyük tədbirimiz COP29 olacaq. Bu tədbirdə Azərbaycan qadınlarının təmsilçiliyi yaxşıdır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR