İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan diplomatiyası: müdafiədən hücuma keçmək zamanı

1422 26.04.2019 08:45 Siyasət A A

Qondarma rejimin öz hesabatını BMT-nin saytında yerləşdirməsinin üzə çıxardığı gerçəkliklər; Hikmət Hacızadə: “Diplomatiyada yeni məmurlar olmalıdır, maliyyə artırılmalıdır, onlar əmr gözləməməlidir”

Aprelin 18-də Birləşmiş Millətlər Təşkilatında (BMT) rəsmi sənəd olaraq “Vətəndaşlıq və siyasi hüquqlar barədə” beynəlxalq paktın müddəalarının həyata keçirilməsinə dair “Artsax Respublikası”nın ilk dövrü hesabatı yayılıb.

“Yeni Müsavat” xəbər verir ki, qondarma respublikanın hesabatının nüfuzlu beynəlxalq təşkilatın saytında yerləşdirilməsinə hələ də Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev tərəfindən bir reaksiya olmayıb.  BMT-dəki nümayəndəliyimizin indiyə qədər susqunluq nümayiş etdirməsi, həmin sənədin təşkilatın saytından çıxarılmasını tələb etməməsi anlaşılmaz olaraq qalır. Bu passiv diplomatik fəaliyyət Azərbaycan prezidentinin çevik, hücum taktikalı xarici siyasət strategiyası ilə heç cür uzlaşmır. 

Deputat, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, burada yanlış məlumat və münasibət ifadə olunub.  Onun sözlərinə görə, belə bir sənəd yoxdur: “BMT-də belə hesabat olmayıb, sadəcə, erməni təxribatıdır, müvafiq sənəd hazırlayıblar. Bu da ilk dəfə baş vermir, daha əvvəllər də  uydurma sənədlər hazırlayıblar ki, guya belə qurum mövcuddur. Azərbaycana qarşı bir informasiya müharibəsi gedir. Erməni şəbəkəsinin məqsədi odur ki, Azərbaycan beynəlxalq təşkilatlara sərt tənqidlər səsləndirsin, münasibətlərimiz korlansın.  Ona görə də biz erməni şəbəkəsinin məkrli siyasətinin hədəflərini, zərbələrin istiqamətlərini düzgün bilməliyik”. 

Asim Mollazadə ile ilgili görsel sonucu

A.Mollazadənin fikrincə, diplomatiya sahəsində görülməli çoxlu işlər var: “Xarici İşlər Nazirliyinin bəyanatı olub. Lakin parlament və xalq diplomatiyaları olmalıdır.  Biz daxildə danışırıq, lakin bu müzakirələri xaricə çıxara bilmirik. Medianın beynəlxalq qurumlarla əməkdaşlığı bizə kömək etməlidir ki, həqiqətləri çatdıraq. Sadəcə, bu məsələdə ermənilər təxribatla öz istəyinə nail oldular. Halbuki belə sənəd yoxdur. Biz peşəkar səviyyədə informasiya müharibəsi aparmalı, onlara layiqli cavab verməliyik. Çünki erməni şəbəkəsi türkə olan nifrətini, etnik təmizləmə siyasətini hər yerdə aparır”.

Siyasi şərhçi Hikmət Hacızadə ile ilgili görsel sonucu

Siyasi şərhçi Hikmət Hacızadə isə bildirdi ki, ermənilər təbliğat sahəsində 100 ildir çalışırlar: “Onlar bu məsələdə səriştəlidirlər və illərdir ki, bunun üçün can atırlar. Sadəcə, biz səylərimizi artırmalıyıq, diplomatiya sahəsində yeni məmurlar, kadrlar olmalıdır, maliyyə artırılmalıdır, xaricdəki lobbini yaxşı təşkilatlandırmalıyıq. Bunları deməklə olmur, iş görülməlidir.  Erməni inadkarlığı aydındır, təəccüblü heç nə yoxdur. Amma bu informasiya müharibəsində hökumət işləməlidir. Demokratiya olmayan yerdə isə hamı susur və əmr gözləyir. Demokratiya olanda diplomat, jurnalist əmr gözləmir, özləri addım atır, təşəbbüs göstərir, cibindən xərc çəkir. Bizim diplomatlar müstəqil deyillər, onlar belə öyrəşiblər, hər şeyə qulaq asırlar, təlimat gözləyirlər. Reallıq bundan ibarətdir...”

“BMT kimi nüfuzlu qurumun belə bir siyasi səhvə yol verməsi, yumşaq şəkildə desək, anlaşılmazdır”.

baş nazirin müavini Əli Əhmədov ile ilgili görsel sonucu

Bunu ONA-ya açıqlamasında Ermənistanın insan hüquqları ilə bağlı BMT İnsan Hüquqları Şurasına təqdim etdiyi və BMT-nin saytında yerləşdirilən hesabatda qondarma “Dağlıq Qarabağ Respublikası”nın da hesabatını yer almasına münasibət bildirən baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, BMT Azərbaycanın ərazi bütövlüyünü qəbul edib, qondarma “Dağlıq Qarabağ Respublikası” adlı dövlət isə mövcud deyil:

“Belə olan halda dünya dövlətlərinin qəbul etmədiyi qondarma qurumun adının və hesabatının BMT-nin rəsmi saytında yer alması BMT-nin nə Nizamnaməsinə, nə yerinə yetirdiyi siyasi missiyaya uyğun gəlir”.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə bu məsələyə etiraz etməlidir: “Azərbaycan hökuməti müxtəlif formalarda kəskin şəkildə bu məsələyə etirazını bildirməlidir.

BMT-nin saytında qondarma “Dağlıq Qarabağ Respublikası” müstəqil dövlət kimi təqdim olunubsa, biz bu biabırçılığa son qoymalıyıq və o hesabat BMT-nin saytından çıxardılmalıdır".

Bahar Muradova ile ilgili görsel sonucu

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycan bütün mümkün imkanlarını işə salaraq, bu hesabatın BMT-nin saytından çıxarılmasını tələb etməli və buna nail olmalıdır: “Azərbaycan bunu edəcək. O da bəllidir ki, Ermənistan belə məqamlarda Dağlıq Qarabağı ”Artsax" adı altında tanıtdırmaq istiqamətində yaranan xırda imkanlardan belə maksimum yararlanmağa və istifadə etməyə çalışır".

Deputat Sahibə Qafarova ile ilgili görsel sonucu

Deputat Sahibə Qafarova deyib ki, hesabat 6 dildə və “Artsax”ın sənədi kimi yerləşdirilib: “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılmasına dair 4 qətnamə qəbul etmiş bir qurumun saytında belə bir hesabatın dərc edilməsi tamamilə yanlışdır və təşkilatın missiyasına və beynəlxalq hüquqa ziddir”.

Ä°lgili resim

XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, burada BMT-nin İnsan Hüquqları Şurasına təqdim edilmiş illik hesabatdan söhbət gedə bilməz: “Birinci hal deyil ki, Ermənistan tərəfi öz məktublarına Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separatçı rejimin kağızlarını əlavə edir. Ermənistan tərəfinin BMT, eləcə də ATƏT çərçivəsində üzvlük hüquqlarından sui-istifadə edərək qanunsuz rejimin kağızlarını öz məktublarının əlavəsi kimi yaymaq təcrübəsinə cavab olaraq, təşkilatlar yayılan bu sənədlərin hər hansı bir şəkildə təşkilatın mövqeyini əks etdirmədiyini bildirirlər. Sənədə diqqətlə baxsanız, burada sənədin əlavəsinin yayılmasının BMT Katibliyinin onun mahiyyəti üzrə hər hansı mövqe bildirməsi demək olmadığı aydın şəkildə yazılır”.

Emil SALAMOĞLU

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR