İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCAN DİASPORU UYDURMA “ERMƏNİ SOYQIRIMI” QƏTNAMƏSİNİN KONQRESİN NÜMAYƏNDƏLƏR PALATASINDA QƏBULUNA QARŞI KAMPANİYAYA BAŞLAYIB

1782 18.12.2010 15:23 Son xəbər A A

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Bu qətnamə layihəsi dünyanın heç bir yerində sülh və sabitliyə töhfə verməyəcək, gərginlikləri artıracaq, ABŞ-Türkiyə və ABŞ-Azərbaycan əlaqələrini pisləşdirəcək. Bu layihə həmin dövrdə erməni silahlı birləşmələrinin fəaliyyəti nəticəsində türklərin və digər müsəlmanların düşdüyü ağır vəziyyətə etinasız yanaşır, ABŞ-ın Qafqazda, Mərkəzi Asiyada, Anadoluda və Böyük Orta Şərqdəki milli təhlükəsizlik maraqlarına ciddi ziyan vurur”.
Azərbaycan diasporu konqresmenləri 252 saylı qətnamə layihəsinin əleyhinə səs verməyə çağırır.
Türkiyənin Vaşinqtondakı səfiri Namik Tan da türk dünyasını dəstəkləyən hər kəsi qətnamə layihəsinin əleyhinə fəaliyyət göstərməyə çağırıb.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli də bəyan edib ki, Dövlət Departamenti qətnamənin qəbulunun qəti əleyhinədir və bunun qarşısını almağa çalışacaq.

Qeyd edək ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsinin 48 saat müddətində müzakirəyə çıxarılmasını istəyib

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR