İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə ABŞ və Almaniyanı qabaqlayıb

571 04.11.2019 13:08 İqtisadiyyat A A

Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi 70,8-ə bərabər olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda deyilir.

Hesabata görə, Azərbaycan bu indeks üzrə ABŞ (69,2), Almaniya (65,3), Estoniya (60,9), Norveç (57,6) və İsveç (49,3) kimi inkişaf etmiş ölkələri qabaqlayıb. Yaponiyanın dəmir yol nəqliyyatının səmərəlilik indeksi 96-ya bərabər olub ki, bu da ən yüksək göstəricidir. Ən aşağı indeks göstəricisi isə Lesotoda olub.

Ümumiyyətlə, Azərbaycan siyahıda 141 ölkə arasında 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, səmərəlilik indeksi tezlik, dəqiqlik, sürət və qiymət kimi kateqoriyalar birləşdirilərək ölçülür. Dəmiryol şəbəkələrinin sıxlığı və ümumi sürücülük səviyyəsi səmərəlilik dərəcələrində öz əksini tapmır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR