İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan Dəmir Yolları" QSC-nin qətl törətməkdə təqsirləndirilən iki əməkdaşı tutulub

2027 18.04.2015 14:35 Son xəbər A A
Daxili İşlər Nazirliyi aprelin 15-də Sumqayıtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 15-də Sumqayıt şəhərinin ərazisində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsinin əməkdaşları T. Ağabəyovun və A.Mursayibovun mühafizə etdikləri Şirvan deposunun dəmir yolu parkının ərazisinə daxil olmuş R. Qurbanov istiqamətində tabel silahından atəş açmaları və sonuncunun ölməsi faktı ilə əlaqədar 16.04.15 tarixdə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb.
 
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Ağabəyov və A.Mursayibov tutulub, hadisəni törədərkən istifadə etdikləri 2 ədəd xidməti revolver tipli tapança götürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR