İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Çinə humanitar yardım göndərdi - FOTO

1159 08.02.2020 16:01 Son xəbər A A

Sumqayıt Şəhər İcra Hakimiyyəti Çin Xalq Respublikasının Myenyan şəhərinə tibbi ləvazimatlar göndərib.

İcra Hakimiyyətindən Musavat.com-a verilən məlumata görə, 2019-cu ilin dekabr ayından etibarən Çində yayılan yeni tip koronavirus epidemiyası getdikcə daha çox əraziyə yayılır, qarşısının alınmasında və nəzarət işlərində müəyyən çətinliklər yaşanır.

Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərində təsdiqlənmiş hallar aşkar edildiyi üçün bütün şəhər yoluxmaya qarşı və yoluxmuş xəstələrin müalicəsi üçün birgə mübarizə aparır. Diqqətin əsas epidemiya bölgəsi olan Uhan şəhərinə yönəldiyi üçün Myenyan şəhəri tibbi ləvazimatların çatışmazlığından əziyyət çəkir. Bunu nəzərə alaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərinə tibbi ləvazimatlar göndərməyi qərara alıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti Çin xalqını dəstəkləmək məqsədilə Myenyan şəhərinə 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min milli litr spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramin göndərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR