İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan bu səbəbdən növbədənkənar seçkiyə gedir- ŞƏRH  

2203 20.06.2024 17:32 Son xəbər A A

 

Xəbər verdiyimiz kimi Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət edəcəklər.

Musavat.com-un məlumatına görə, bu barədə qərar iyunun 20-də YAP İdarə Heyətinin növbəti iclasında qəbul edilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Konstitusiyasının müvafiq maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir:

“Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra yeni bir dövrə qədəm qoydu. 44 günlük müharibə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Ardınca  2024-cü ilin fevralında müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində prezident seçkiləri keçirildi. Bu, Azərbaycan tarixinə düşəcək bir hadisə idi. Çünki qeyd etdiyimiz kimi, ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilirdi.

Bütün bu proseslərin davamında isə ilk dəfə bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması zamanıdır.

Milli Məclisə növbədənkənar seçkilər zamanı müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.

Bunun özü də zəfərimizin davamıdır və böyük tarixin bir parçasıdır. Azərbaycan xalqı vaxtilə xəyalını qura bilmədiyi günləri yaşamaqdadır. Qarabağı, Zəngəzuru təmsil edən deputat seçəcək.

Əslində, müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi.

 Amma həmin ay Azərbaycanda dünyanın ən mötəbər tədbiri sayılan COP29-un keçiriləcəyini nəzərə alan Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri parlament sədrinə müraciət edərək seçkilərin 2 ay əvvələ keçirilməsini təklif edib.

Təbii ki, COP29 kimi mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil.

Seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək.

Buna görə də YAP-ın müraciəti yerində olan bir addımdır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR