İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan boks millisinin sabiq baş məşqçisi Ukrayna yığmasına rəhbərlik edəcək

536 11.01.2019 21:22 İdman A A

Boks üzrə Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərilmiş Leonid Loivskinin yeni iş yeri müəyyənləşib.

“Report” xsport.ua saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin əsas yığma komandasına rəhbərlik edəcək. Onun namizədliyinin Ukrayna Boks Federasiyası tərəfindən təsdiqləndiyi bildirilir. Təcrübəli mütəxəssis son 14 ildə yığmaya başçılıq edən Dmitri Sosnovskini əvəzləyib.

Qeyd edək ki, Leonid Loivski 2016 - 2018-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR