İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan bayrağını yandıran erməni ilə bağlı məhkəmə qurulacaq

908 21.04.2023 00:08 Son xəbər A A

İdman yarışındakı vandallığı ilə dünyada “məşhurlaşan” Aram Nikolyanın vəkili Azərbaycan bayrağının yandırılmasının müqabilində dizaynerin pul alması ilə bağlı “böhtan atdığı” üçün “Haykakan Jamanak”ı məhkəməyə verəcəkyini açıqlayıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Aleksandr Koçubaev sosial şəbəkələrdə də xəbər verib ki, Nikolyan İctimai Televiziyanın baş stilisti vəzifəsindən azad edilməyib, lakin o, həqiqətən də televiziyanın binasına, eləcə də digər dövlət qurumlarına buraxılmır.

“İrəvanda Azərbaycan bayrağını yandıran Aram Nikolyanın dövlət strukturlarına girişi qadağan edilib. O, Ermənistanın İctimai Televiziyası və polis tərəfindən qorunan digər dövlət qurumlarının ərazisinə daxil ola bilməz, - “Haykakan Jamanak” qəzeti (Paşinyan ailəsinə məxsusdur – red.) yazır.

Erməni mediası rəsmi Bakının Nikolyanı beynəlxalq axtarışa verdiyini də tirajlayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR