2018-ci ilin may ayında Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 7,87 milyard manat təşkil edib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.
Ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 14,9 faiz, 2018-ci ilin əvvəli ilə müqayisədə isə 4,1 faiz artıb. Əmanətlərin böyük həcmi – 62,9 faizi və ya 4,95 milyard manatı xarici valyutadadır.
Ümumilikdə hesabat dövründə Azərbaycan banklarında hüquqi və fiziki şəxslərin əmanətlərinin həcmi 20,13 milyard manata bərabər olub. Bu, bu ilin əvvəli ilə müqayisədə 3,5 faiz azdır.






