İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Avropa Konvensiyasının 16 saylı Protokolunu imzalayıb

538 18.11.2021 20:27 Siyasət A A


Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycan hökumətinin adından İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 16 saylı Protokolunu imzalayıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin "Twitter" səhifəsində məlumat verilib. İmzalama mərasimi Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə baş tutub.

Qeyd edək ki, 16 saylı Protokol iştirakçı dövlətlərin ən yüksək instansiya məhkəməsinin məsləhət rəyi üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə sorğu verməsinə imkan yaradır. Bu protokolun məqsədi iştirakçı dövlətlərin ali məhkəmələri ilə Avropa Məhkəməsi arasında yeni dialoq növünün qurulmasıdır. Bu, dövlətlərin ən ali məhkəmələrinə Konvensiyada göstərilən hüquq və azadlıqların şərhi və ya tətbiqi ilə əlaqədar prinsip məsələlərinə dair məsləhət rəyləri üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə xahişlər göndərmək imkanı verir.

Avropa Konvensiyasının 16 saylı Protokolununun imzalanması

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR