İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan 2,5 aylıq kampaniyanı DARMADAĞIN etdi – “Qarabağ əldən çıxdı, 1988-ci ildən... ” – İLGİNC detallar

7165 08.07.2023 08:30 Gündəm A A

Xəbər verdiyimiz kimi, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib.

ilyas.jpg (91 KB)

Məsələyə münasibət bildirən politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında deyib ki, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlərinə baxılmaması və onların yekdilliklə rədd edilməsi Azərbaycan diplomatiyasının uğurudur:

“Azərbaycanın ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı kontekstində diktə etdiyi siyasi gündəlik öz nəticəsini verir. Eyni zamanda müşahidə edirik ki, Ermənistan diplomatiyasının Azərbaycanı ləkələmək, beynəlxalq nüfuzumuza və imicimizə zərbə vurmaq niyyətləri də bir nəticə vermir. Nəzarət-buraxılış məntəqəsinin qurulmasına qarşı həyata keçirilən genişmiqyaslı kampaniya da iflasa uğrayıb. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın vəsatətini təmin etməməsi artıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı 1988-ci ildən başlayan “Miatsum” layihəsinin sonudur. Cənab Prezident İlham Əliyev Laçında regional təhlükəsizliyə dair fikirlərində bildirmişdi ki, amnistiya məsələsinə baxıla bilər. Amma bunun üçün Azərbaycanın şərtləri yerinə yetirilməlidir”.

ilham_eliyev.jpg (69 KB)

Politoloq vurğulayıb ki, Azərbaycanın nəzarət-buraxılış məntəqəsini qurması ilə bağlı həyata keçirdiyi siyasi iradə və prinsipiallıq öz nəticələrini verir:

“Təhlükəsizlik nöqteyi-nəzərindən nəzarət-buraxılış məntəqəsinin xüsusi əhəmiyyəti var. Çünki post fəaliyyət göstərməmişdən əvvəl bölgəyə qeyri-qanuni yolla silah-sursat, mina, diversantlar, texnika daşınırdı.

silah.jpg (26 KB)

Azərbaycanın ərazi bütövlüyündə terror yuvası, təhdidlər formalaşdırılırdı. Bu gün Azərbaycanın siyasi qətiyyəti həm də beynəlxalq auditoriya tərəfindən qəbul olunmuş bir faktdır. Azərbaycan diplomatiyasının uğurlu siyasi xətti həm də məhz beynəlxalq hüququn fundamental norma və prinsiplərinə söykənir. Suveren hüquqa malik olduğumuz bütün narrativlər geniş ictimaiyyət tərəfindən qəbul olunur. Düşünürəm ki, bu da məhz məqsədyönlü, ardıcıl siyasətin nəticəsidir. Cənab Prezident bütün beynəlxalq auditoriyalarda regional siyasətə dair müfəssəl, geniş məlumat verir və bu məlumat öz nəticəsini tapır. Artıq mühüm mübahisələrin həll olunduğu Beynəlxalq Ədalət Məhkəməsi də Azərbaycanın mövqeyini dəstəkləyir və qarşı tərəfin vəsatətini rədd edərək beynəlxalq hüquqa hörmətini ifadə edir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR