"Şura ilk dəfə 18 dövlət qurumu ilə birgə qrant müsabiqələri elan etdi. Əminəm ki, Şuranın tətbiq etdiyi bu yenilik QHT- Hökumət əməkdaşlığını, qarşılıqlı etimadı və dialoqu daha da gücləndirəcək, layihələrin səmərəliliyini və şəffaflığını artıracaqdır". Bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri,Milli Məclisin deputatı Azay Quliyev tvitter hesabında paylaşıb.
Qeyd edək ki, noyabrın 20-də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 18 dövlət qurumu ilə birlikdə 2020-ci il üçün qrant müsabiqəsi elan edib.
Musavat.com






