İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev QHT-lərin narahatlığına son qoyulduğunu bildirib

940 03.02.2014 14:54 Son xəbər A A
Bu gün Milli Məclisin yaz sessiyasında millət vəkili Azay Quliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə keçirilən görüş haqqında məlumat verərək bildirib ki, 17 dekabr 2013-cü ildə Milli Məclisin  QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara etdiyi əlavə və dəyişikliklər Avropa Komissiyasının Bakı ofisinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və dəyişikliklərdən narazı qalan QHT nümayəndələrinin yaxından iştirakı ilə geniş müzakirə edilib.
A.Quliyev deyib ki, təşkil olunan üçtərəfli dialoq çox məhsuldar keçdi və narazılıq yaradan bütün məsələlərə aydınlıq gətirildi: “Hesab edirəm ki, səmimi keçən bu görüşdən QHT-lər razı qaldılar və onların bir sıra narahatçılığına da son qoyuldu. Yekunda qərara aldıq ki, qanunun praktik tətbiqində ortaya çıxan mümkün problemləri operativ şəkildə həll etmək və müvafiq tədbirlər görmək məqsədilə Şuranın tərkibində hüquq və monitorinq komissiyası yaradılsın”. 
Millət vəkilinin sözlərinə görə, bu bir daha onu göstərir ki, Azərbaycan dövləti və vətəndaş cəmiyyəti institutları istənilən məsələnin həlli ilə əlaqədar bir araya gəlib anlaşma əldə etməyə və sivil qaydada dialoq aparmağa qadirdilər. “Bu baxımdan beynəlxalq təşkilatlara, xüsusilə AŞPA və Avropa Parlamentinə,  ayrı-ayrı ölkələrin səfirliklərinə müraciət edərək demək istərdim ki, artıq bu məsələ ilə əlaqədar kənar müdaxilələrə ehtiyac qalmadı və qoy onlar bundan sonra bu mövzunu istismar etməsinlər”- deyə millət vəkili bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR