İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "İctimai birliklərin normal fəaliyyətini təmin etmək üçün qanun qəbul edilməlidir"

2662 01.10.2018 14:04 Son xəbər A A

Deputat Azay Quliyev Milli Məclisin bugünkü iclasında müəllifi olduğu "Peşə birlikləri haqqında" və "Sosial sifariş haqqında" qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif edib.

O deyib: "Bu gün QHT-lər haqqında qanun mövcuddur. Lakin bu qanun çərçivə qanunu olduğundan bütün ictimai birlik və təşkilatların fəaliyyətinin hüquqi mexanizmini təmin etmir. Bu baxımdan da ictimai birliklərin normal fəaliyyətini təmin etmək üçün belə bir qanun qəbul edilməlidir. Ümid edirəm ki, parlament vətəndaş cəmiyyətinin bu təklifini nəzərə alacaq”.

Milli Məclisin spikeri Oktay Əsədov təkliflə baxılması üçün parlamentin Aparatına tapşırıq verib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR