İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Bu seçkilər bir daha sübut etdi ki..."

303 08.02.2024 17:45 Siyasət A A

7 fevral Prezident seçkiləri uğurla başa çatdı. Bu seçkilər bir daha sübut etdi ki, Azərbaycan xalqı əldə etdiyi tarixi qələbəsini sona qədər qorumağa hazırdır və buna qadirdir. Əslində, seçkilərin əsas mahiyyətinin məhz, bundan ibarət olduğunu həm ölkə daxilində, həm də xaricdə hamı yaxşı başa düşürdü.

Seçki günü müşahidə etdiyimiz mütəşəkillik və birlik Vətən müharibəsində nail olduğumuz milli birliyin və coşqunun davamı idi. Torpaqlarımzı işğaldan azad edən, hər birimizin tapdanmış milli şərəf və heysiyyatını dirçəldən və tarixin şanlı səhifəsinə adını əbədiyyən yazdıran Prezident İlham Əliyevə seçkilərdə ümumxalıq dəstəyinin ən yüksək həddə olduğunu istisnasız olaraq, bütün beynəlxalq müşahidəçilər, hətta, bir çox hallarda bizə qarşı qərəzli mövqeyi ilə seçilənlər belə, qəbul etdilər və bu faktı açıq şəkildə etiraf etməli oldular.

Budur, Azərbaycanın xalqının və Liderinin gücü və uğuru!

Vətəndaşlıq borcunu şərəflə və qürurla yerinə yetirən, Azərbaycan dövlətinin gücünə güc qatan, qarşısında duran strateji hədəflərə daha qətiyyətlə yürüməyə səs verən, Müzəffər Ali Baş Komandanın daim yanında olduğunu uca səslə bütün dünyaya nümayiş elətdirən Azərbaycan xalqına, hər bir dəyərli seçiciyə dərin təşəkkürlər!

Əminəm ki, bölgəmizdə və dünyada hökm sürən geosiyasi “burulğanlara” baxmayaraq, hörmətli Prezidentimiz cənab İlham Əliyevin liderliyində ölkəmizi bundan sonra da daha böyük qələbələr və uğurlar gözləyir.

Cənab Prezident, Sizi bu möhtəşəm və inamlı qələbə münasibətilə ürəkdən təbrik edirik!
Allah Sizi və Xalqımızı qorusun!

Azay Quliyev, millət vəkili

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR