İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Bu, Gürcüstanın suveren hüquqlarına hörmətsizlik və daxili işlərinə kobud müdaxilədir" - VİDEO

495 15.05.2024 12:46 Siyasət A A

"Gürcüstan parlamentinin “xarici təsirlərin şəffaflığı” haqqında qəbul etdiyi qanuna ABŞ və Avropa İttifaqının göstərdiyi yersiz  təpki bir ölkənin suveren hüquqlarına açıq hörmətsizlik və daxili işlərinə kobud müdaxilədir".

Bunu millət vəkili, ATƏT PA-nın Komitə sədri Azay Quliyev bildirib. O deyib ki, bir qrup ABŞ konqresmeni tərəfindən Gürcüstanın Baş Nazirinə göndərilən təhdid dolu məktubu oxuyanda onların istifadə erdiyi ifadələrə, yumşaq desək, heyrətlənməmək mümkün deyil: "Anlaşılan odur ki, ABŞ öz agentura şəbəkəsinin və ya “təsir dairəsi”nin üzə çıxmasının qarşısını almaq üçün Gürcüstana “demokratiyanın” müdafiəsi adı altında bu cür təzyiqi davam etdirəcək.
Bu, “mənzərə” və “üslub” bizə də yaxşı tanışdır. Azərbaycan hökumətinin də maliyyə qaçaqmalçılığının qarşısını almaq və şəffaflığı təmin etmək üçün atdığı qanuni addımlara ABŞ-dan gələn reaksiya da eyni məqsədlə edilir. Ancaq yaxşı ki, vaxtında Milli Məclis QHT-lərin xaricdən qrant alma qaydalarını şəffaflaşdırdı və xarici təsirləri minimuma endirdi".

Musavat.com deputatın bu haqda Milli Məclisin sonuncu iclasında etdiyi çıxışı da diqqətə çatdırır:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR