Azay Quliyev bankları QHT-lərə qarşı qanunsuzluqda günahlandırdı
Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev parlamentin 28 oktyabr iclasında bankları tənqid edib.
“Media forum” saytının məlumatına görə, deputat deyib ki, bəzi banklar öz müştəriləri arasında ciddi fərq qoyur, QHT-lərdən ağlasığmaz dərəcədə yüksək xidmət haqqı tələb edirlər: “Əgər hansısa xidmət üçün digər müştərilərdən 1 manat 50 qəpik manat tələb olunursa, QHT-lərdən 100 manat, bəzən isə 1000 manat xidmət haqqı tələb edirlər. Bu, açıq-aşkar qanunsuzluqdur və məsələyə yüksək səviyyədə münasibət bildirilməlidir”.






