Azarkeşlərin “Qarabağ” – “Young-Boys” oyunu ilə bağlı proqnozu... - REPORTAJ, VİDEO
Bu gün saat 21:00-da Tofiq Bəhramov adına respublika stadionunda “Qarabağ” –“Young-Boys” oyunu baş tutacaq.
Oyunun başlamsına bir neçə saat qalmasına baxmayaraq artıq yüzlərlə azarkeş “Qarabağ” komandasını dəstəkləmək üçün stadionun ətrafında toplaşıb.
Musavat.com-un əməkdaşı azarkeşlər arasında sorğu keçirərək “Qarabağ” – “Young-Boys” oyununun nəticələri haqda fikirlərini öyrənib. Əksər azarkeşlər komandamızın qələbəsinə inandıqlarını bildiriblər . Hesaba gəlincə isə, 1-0, 2-1 nəticəsi ilə komandamızın qələbəsi ilə yekunlaşacağını bildiriblər.
Kassalarda bilet satışlarından narazı qalan azarkeşlər artıq 1-2 manatlıq biletlərin olmadığını deyiblər. Həmişə olduğu kimi indi də, biletlər qara bazarda daha baha qiymətə satılır.
Xatırladaq ki, öncəki “Qarabağ” – “Young-Boys” qarşılaşması 1-0 hesabı ilə komandamızın xeyrinə yekunlaşmışdı.
Məğrur Salmanov






