İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-dan Pakistana böyük jest - Karaçiyə reys açıldı - FOTO, VİDEO

1014 19.04.2024 01:26 Ölkə A A

İlk yayın vaxtı 23:55

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə ilk reysini yerinə yetirib.

Musavat.com xəbər verir ki, uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Aprelin 18-də saat 20:10-da Bakıdan qalxan təyyarə yerli vaxtla saat 00:30-da Kəraçiyə çatıb. Geri dönüş isə yerli vaxtla saat 01:30-da baş tutur və saat 04:20-də təyyarə Azərbaycan paytaxtına enir.

Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır. 

Kəraçi AZAL marşrut şəbəkəsində Pakistanın üçüncü şəhəri olub və Pakistanın mühüm iqtisadi, tarixi və mədəni mərkəzlərindən biri hesab olunur. Bakı-Karaçi-Bakı marşrutunun açılması Azərbaycan ilə Pakistan arasında əlaqələri daha da gücləndirəcək, biznes və turizm imkanlarını genişləndirəcək.

Hazırda AZAL Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora da uçuşlar həyata keçirir.

Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola bilərsiniz.

İlk reysdə Yeni Müsavat Media Qrupuna aid Minval.az saytının baş redaktoru Emil Mustafayev də iştirak edir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR