İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL AzTA ilə birgə rəsmi tərəfdaşları ilə görüş keçirib - VİDEO,FOTOLAR

1501 16.04.2018 16:56 Son xəbər A A

16 aprel 2018-ci il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı və Azərbaycan Turizm Assosiasiyası (AzTA) AZAL aviaşirkətinin rəsmi tərəfdaşları və agentləri ilə birgə görüş keçirilib.

Bu barədə musavat.com-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Görüş çərçivəsində "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişin aviaşirkətinin icraçı direktoru Eldar Hacıyev aviaşirkətin, həmçinin ilk milli loukoster “Buta Airways”in qaydalarında mühüm dəyişikliklər və yeniliklər barədə danışmışdır. Turizm şirkətləri və satış üzrə agentliklərin istək və təklifləri dinlənilib.

Görüşdə həmçinin Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səmərəli görüşün yekunlarına əsasən AZAL ən fəal tərəfdaşları və agentlərini təltif etmiş, lider turizm agentləri beşliyinə isə adlı sertifikatlar təqdim olunmuşdur. Belə görüşlərin bundan sonra da müntəzəm xarakter daşıyacağı qeyd olunub.

Musavat.com

Tədbirdən hazırlanmış video-çarxı aşağıdakı link vasitəsilə izləyə bilərsiniz:

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR