“Azadlıq” yenə piket barədə düşünür
Müxtəlif variantlarla məsələni həll etmək üzərində çalışırıq. Başlıca məqsədimiz isə “Qasid”in bizə olan borcunu nəşriyyata yönəltməkdir. Hazırda bu istiqamətdə işləyirik. Amma hələ ciddi bir dəyişiklik yoxdur”.
İyulun 19-da “Azadlıq” qəzetinin əməkdaşları “Qasid” mətbuat yayımı firmasının ofisi qarşısında etiraz aksiyası keçirib. Piketçilər firmanın qəzetə olan 45 min manat borcunun verilməsini tələb ediblər.
“Azadlıq” qəzetinin “Azərbaycan” nəşriyyatına olan borcunu xatırladan Rahim Hacıyev bildirib ki, konkret müddət olmasa da, nəşriyyat vaxtı bir az uzadıb: “Qarşı tərəf bir müddət də gözləyəcəklərini deyib. Əgər borc ödənilməsə, nəşriyyat qəzetin çapını dayandıracaq. Məhz “Qasid”in borcunu ödəməməsi bizi bu vəziyyətə gətirib çıxarıb”.






