Jurnalistlərin dediyinə görə, milli ordunun yaradılmasının 95 illiyi münasibəti ilə keçirilən hərbi parada ictimai maraq böyük olub: "İnsanlar övladları ilə birlikdə əsgərlərin, hərbi texnikanın yürüşünə baxmaq istəyirdilər. Onların arasında bu gün-sabah əsgər yaşına çatacaq yeniyetmə oğlanlar da vardı. Ancaq polis adamları Azadlıq meydanına yaxın getməyə qoymurdu və bunun səbəbi bilinmirdi. Əgər hərbi sirri açılacağından qorxurlarsa, telekanalların çəkiliş aparmasına, hətta canlı yayım verməsinə mane olsunlar. Yeri gəlmişkən, qəzet və sayt reportyorları da parada yaxn buraxılmırdı".






