İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad Vətən Partiyası növbədənkənar prezident seçkiləri ilə bağlı BƏYANAT yaydı

434 08.02.2024 10:31 Siyasət A A

Azad Vətən Partiyası bəyanat yayıb.

Musavat.com-un məlumatına görə, bəyanatda deyilir:

"30 illik işğal tarixi Vətən müharibəsi ilə başa çatdıqdan sonra Azərbaycan dövlətinin dünyada olan nüfuzu görünməmiş dərəcədə artdı, xalqımız isə cəmi 44 günün ərzində məğlub xalqdan qalib xalqa çevrildi və bütün bunlar dünya azərbaycanlılarında böyük ruh yüksəkliyi yaratdı. Vətən müharibəsinin məntiqi davamı olan 2023-cü il sentyabrındakı antiterror əməliyyatları isə prosesə nöqtə qoydu və Azərbaycan 200 ildən artıq müddətdə üzləşdiyi qanunsuz miqrasiya təhdidindən xilas oldu, öz ərazi bütövlüyünə və suverenliyinə qovuşdu.

Baş verən bu dəyişikliklər fonunda növbəti ən məntiqli addım heç şübhəsiz Prezident seçkiləri ola bilərdi. Ötən ilin dekabr ayında belə bir qərarın verilməsi Azərbaycanın yenilənməsi və inkişafına yeni nöqtədən başlaması haqqında ən doğru mesaj oldu. Prezident seçkiləri elan ediləndən qısa müddət sonra Azad Vətən Partiyası bu seçkilərə namizədlə qatılmayacağını və namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən qalib Prezident İlham Əliyevi dəstəkləyəcəyini bildirdi.

Azad Vətən Partiyası seçkilərdə müşahidəçi kimi təmsil olunmaq üçün öz üzvlərini MSK-da və Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçirdi. Partiyanın müşahidəçiləri səsvermə günü onlarla dairə və məntəqədə seçkiləri canlı müşahidə edərək öz qeydlərini partiyanın qərargahına təqdim etdilər. Bu gün analiz edilən müşahidəçi qeydləri göstərmişdir ki, Prezident seçkiləri beynəlxalq normalara və milli qanunvericiliyə, həmçinin Mərkəzi Seçki Komissiyasının hazırladığı prosedurlara uyğun keçirilmiş, seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün tam təminat yaradılmış, müşahidə aparılan məntəqələrdə və dairələrdə hansısa qanun pozuntusu qeydə alınmamışdır.

MSK-nın elan etdiyi nəticələrə görə seçkilərdə Qarabağı azadlığa qovuşduran, xalqımıza böyük qələbələr bəxş edən Prezident ilham Əliyev yenidən millətimizin böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Biz bu nəticəni xalqın siyasi iradəsinin göstəricisi hesab edir, qələbə münasibətilə bütün xalqımızı və Prezident İlham Əliyevi təbrik edirik. Biz inanırıq ki, bu seçkinin nəticəsi Azərbaycan xalqına yeni qalibiyyət həyatı bəxş edəcəkdir".

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR