İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azad Gənclik" təşkilatının həmtəsisçisi istefa verdi

1220 07.09.2013 12:58 Son xəbər A A
"Azad Gənclik" təşkilatının həmtəsisçilərindən olan Ülvi Həsənli qurumdan istefa verib. AzNews.az-ın məlumatına görə, Ü.Həsənli qurucularından biri olduğu təşkilatın idarə heyəti üzvlüyündən istefa verərək, qurumdan ayrılıb. 

Qeyd edək ki, Ü.Həsənli "Azad Gənclik" təşkilatından istefa verdikdən sonra N!DA Vətəndaş Hərəkatına üzv olub. O, bundan sonrakı fəaliyyətini N!DA VH daxilində davam etdirəcək. 

Onu da bildirək ki, Ü.Həsənli həm də Milli Şura üzvüdür. O, bu qurumun vahid namizədi Cəmil Həsənlinin seçki qərargahının üzvlərindən biridir. 

"Azad Gənclik" təşkilatı 10 yanvar 2011-ci il tarixində bir qrup gənc tərəfindən yaradılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR