Müğənni Aysel Əlizadə yeni təqdim etdiyi “Coşma” klipindən danışıb.
Musavat.com saytına açıqlama verən ifaçı bildirib ki, yeni ekran işi tamaşaçılar tərəfindən bəyənilib:
“ “Coşma” adlı mahnıma çəkilən klipi təqdim etdim. Mahnı ritmik olduğu üçün yayın əvvəllərində dinləyicilərin ixtiyarına verdim. Əsas odur ki, klip bəyənildi. İnanıram ki, yayın sevilən hitlərindən biri olacaq. Dördüncü dəfədir ki, Teoman Topçu ilə çalışıram. Bu dəfə də işimiz uğurlu alındı. Klipə böyük məbləğdə pul xərcləsə də, miqdarını açıqlamayacam. Bu işi bilən adam anlayır ki, Türkiyəyə gedib klip çəkdirmək, orada qalmaq ucuz başa gəlmir. Ekran işində rəqs etməyim xüsusilə bəyənildi. Bəzi həmkarlarım dedi ki, kaş, Aysel açıq-saçıq geyinərdi. Elə geyinsəydim də, deyəcəkdilər ki, mentalitetimizə uyğun deyil. Bizdə hər şeyə bir irad bildirirlər. Mən hər zaman iradlara açığam. Xoşagəlməz fikirlər isə tez unuduram”.
Könül
Musavat.com






