İnsanlara hürriyət, millətlərə istiqlal!

AYP Başqanı Şamil Ayrımla görüşüb FOTOLAR

589 29.01.2021 10:49 Siyasət A A

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli, Başqanın Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Elşad Abdullayev və Başqanın məsləhətçisi Rza Heyət bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımla görüşüblər.

Musavat.com xəbər verir ki, görüşdə 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyindən danışılıb, Şamil Ayrımın bu məsələlərdə rolunun böyük olduğu vurğulanıb.

Görüş zamanı iki ölkənin siyasi partiyaları arasında münasibətlərə diqqət çəkilib, bu əlaqələrin perspektivi barədə fikir mübadiləsi aparılıb.

AY Partiya Başqanı Şamil Ayrıma Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanı təqdim edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR