İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ayı işi” davam edir, Anar Məmmədov “Yeni Müsavat”dan əl çəkmir

4047 28.01.2015 08:10 Ölkə A A

Proses barədə “Yeni Müsavat”a açıqlamasında qəzetimizin vəkili Vaqif Hüseyn məlumat verdi. Onun bildirdiyinə görə, hakim İmran Burcayevin sədrliyi ilə keçirilən prosesdə “Yeni Müsavat” təmsilçisi olaraq icraatın yenilənməsinin qeyri-mümkün olduğunu söyləyib: “Qətnamədə birgə borclu iki hüquqi şəxs çıxış edir. Onlardan biri ”Azadlıq", digəri “Yeni Müsavat” qəzetidir. Maraqlıdır ki, tələbkar “Azadlıq” qəzetinə qarşı borcundan imtina edib. Halbuki Azərbaycan Respublikası Mülki Məcəllənin 500.3-cü maddəsinə görə, əgər tələbkar borclulardan birinin borcundan vaz keçmişsə, artıq digər borclu da həmin öhdəliyi yerinə yetirməkdən azad olunur. “Yeni Müsavat” hətta bununla bağlı sənəd də təqdim etdi". 

V.Hüseyn xatırlatdı ki, “Azadlıq” qəzetində A.Məmmədovun iddiasına səbəb olan məqalə ilə bağlı təkzib dərc olunub. Onun sözlərinə görə, bu situasiyada hər iki tərəfin sözügedən məsələdə razılaşdığı görünür: biri borcundan imtina edib, o biri isə təkzib yayımlayıb: “Biz məhkəmədə diqqəti ona cəlb etdik ki, təkzib mətninin özü, yəni qətnamənin olduğu şəkildə icra olunması mümkün deyil. Ən azından ona görə ki, qətnamədə göstərilən təkzib mətnindəki məqalələrdən biri bizə məxsus deyil, ”Azadlıq" qəzetinə məxsusdur. Biz başqa bir qəzetə məxsus məqaləni niyə təkzib etməliyik ki? Halbuki 23 noyabr 2012-ci il tarixində “Azadlıq” qəzeti həmin təkzibi yayımlayıb. Biz bu halda, belə natamam şəkildə olan icra sənədinin icrasının, habelə bu icranın təzələnməsinin də doğru olmadığını bildirdik". 


“Yeni Müsavat”ın vəkili bildirdi ki, hakim onların gətirdiyi heç bir hüquqi dəlili qəbul etməyib. Onun sözlərinə görə, bu, icraatla bağlı beşinci prosesdir və proseslərin hamısına eyni hakim sədrlik edir: “”Yeni Müsavat" bu xüsusata da diqqət çəkərək hakimə etiraz etdi. Lakin hakim bu etirazı da rədd etdi. Çox təəssüf ki, hazırda icraat təzələnir. “Yeni Müsavat” isə öz hüquqi mücadiləsini sona qədər davam etdirəcək. Bu qanunsuzluqları bütün lazımi instansiyalara çatdıracaq, Avropa Məhkəməsinə qədər aparacaq". 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə müxbirimizə deyib ki, Məmmədovlar klanı qəzetlə düşmənçilik aparırlar: “Onlar hakimləri və məhkəmə icraçılarını satın alıblar. Hüquq işləmir. Mən növbəti dəfə proseslə bağlı ölkə prezidentinə müraciət edəcəm”. 

SEVİNC

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR