İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygündən Faiqlə bağlı açıqlama: “Küsülü olmağımız...”

874 24.06.2019 15:48 Şou-biznes A A

Müğənni Aygün Kazımova həmkarı Faiq Ağayevlə küsülü olması barədə yayılan xəbərlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, “Jara” festivalından öncə keçirilən partiyə qatılan ifaçı yayılan məlumatları təkzib edib: “Deyilənlərə inanmayın. Faiq mənim dostumdur. Münasibətmiz davam edir”.

Qeyd edək ki, F.Ağayev sosial şəbəkədə “Onun kimisən - göylərdə uçan quşlara da borclusan, hallı-qallı. Heç kimə maraqlı deyilsən, amma tiryək udub, hələ də özünə “kraliça” deyirsən, zavallı” sözlərini yazmışdı.

Daha sonra onun A. Kazımova ilə küsülü olması barədə xəbərlər yayıldı. Xalq artisti isə sözügedən statusu Kazımovaya həsr etmədiyini bildirdi.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR