İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygündən “18-” layihə: Onunla duet oxumaq istəyənlər...

782 27.05.2019 16:08 Şou-biznes A A

Xalq artisti Aygün Kazımova Azərbaycanda ilk dəfə olaraq "18-" adlı karaoke albom təqdim edib.

Musavat.com xəbər verir ki, müğənninin rəsmi YouTube kanalında yayımlanan albomdakı karaokeləri sənətçi pərəstişkarlarının “Instagram” rəyləri əsasında təyin edib.

Müxtəlif ifaçılar tərəfindən tez-tez repertuarına müraciət olunan pop diva həm sənətçilərə, həm də dinləyicilərə mahnılarının tam orijinal keyfiyyətdə olan karaoke versiyasından bəhrələnmək üçün imkan yaradıb. Xalq artisti karaokelərdə səslənən bekvokalı belə, özü ifa edib.

Aygün Kazımova ilə duet oxumaq arzusunda olanlar üçün isə “Bir daha” mahnısı məxsusi hazırlanıb. Bundan əlavə, ifasını Aygün Kazımovaya nümayiş etmək istəyən şəxslər öz videolarını  #AygunKaraoke işarəsi ilə yayımlaya bilər. Onlar arasından bir bəy və bir xanım seçilərək, Aygün Kazımova ilə şam yeməyinə dəvət alacaq.

Qeyd edək ki, layihə SS Production tərəfindən həyata keçirilir.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR