İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Kazımovanın qalibi olduğu "Bakı Payızı" yenidən başlayır - FOTO

431 13.01.2023 14:15 Mədəniyyət A A

Gənc estrada ulduzlarının müsabiqəsi "Bakı Payızı" yenidən start götürəcək.

Musavat.com xəbər verir ki, “Bakı Payızı-2023”də iştirakçılar beş janr üzrə seçiləcək. Bunlar estrada vokalçıları, qruplar (pop, rok), müasir xoreoqrafiya və orijinal janrdır.

Bu barədə müsabiqənin sosial şəbəkə hesabında bildirilib.

Layihənin təşkil edilməsində məqsəd ölkədə müasir estrada sənətinin inkişafına təkan vermək, gənclər arasında yeni istedadlı ifaçıları üzə çıxarmaq və onların peşəkar inkişafında, böyük səhnələrə və beynəlxalq arenalara çıxışlarına dəstək olmaqdır.

“Bakı Payızı-2023”də bəstəkarlar arasında ən yaxşı mahnı müsabiqəsi də keçirilir. Müsabiqənin ənənəvi xarakter alacağı və Azərbaycan estrada sənətinin inkişafına yeni təkan verəcəyi planlaşdırılır.

Məlumat üçün bildirək ki, “Bakı payızı” ölkədə ilk dəfə 1988-ci ildə keçirilib. Xalq artisti Aygün Kazımova həmin yarışmanın qalibi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR