İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Kazımova pişiyə əzab verənləri cani adlandırdı

692 09.01.2023 17:09 Şou-biznes A A

Xalq artisti Aygün Kazımova bir neçə gündür sosial şəbəkələrdə yayılan, naməlum şəxs (lər) tərəfindən asılan pişiyin görüntülərinə səssiz qalmayıb.

Musavat.com xəbər verir ki, Xalq artisti sosial şəbəkədə paylaşım edərək, bu əməli törədənlərin cəzalandırılmasını tələb edib:

"Bu fotonu izləyicilərim instaqramda mənə göndərib. Görəndə nə deyəcəyimi bilmədim. Baxmağa belə insanın ürəyi gəlmir. Bunu edənlər hansı ürəyə sahibdirlər? Bu cür vəhşilik olarmı? Bir heyvandan insan nə istəyə bilər axı? O da bir canlıdır. Özü də dili, ağzı olmayan bir canlı. Bu cür hal ilk deyil. Bundan əvvəl də dəfələrlə heyvanlara işgəncə verilən görüntülər yayıldı. Bu, canilikdir. Heyvana işgəncə vermək olmaz. İnanıram ki, lazımi qurumlar bu məsələni araşdırıb səbəbkarları cəzalandıracaqlar. Gəlin, mərhəmətimizi itirməyək".

Xalidə Gəray
Musavat.com 

Screenshot 2023-01-09 135333_1673258600.jpg (155 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR