"2014-cü ildə dünyaca məşhur həkimin yanına Türkiyəyə getdim. Çətin bir əməliyyata qərar verdik. Elə oldu ki, razılaşdıq, əməliyyat günü təyin olundu və əməliyyata getdim. Əməliyyat uzun çəkdi, 1 həftə sonra evə yazdılar. Hər şey o zaman başladı".
Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Həmin Zaur" proqramında deyib. Müğənni keçirdiyi ağır plastik əməliyyatdan danışıb:
"Özümü pis hiss etməyə başladım və qanaxmam oldu. Məni yenidən xəstəxanaya apardılar. Yeriyə bilmirdim. Həkim məni görəndən sonra tez əməliyyata saldı. Ard-arda bir neçə dəfə əməliyyat olundum. Elə bir haldaydım ki, düşündüm daha vətənimə geri dönməyəcəm, qızımı görə bilməyəcəm. Özlüyümdə artıq hər kəslə vidalaşmışdım, amma heç kimə bu haqda söyləmirdim.
Orada da hamı əlini məndən üzmüşdü. Bədən şəkilləndirmə əməliyyatı olmuşdum. Çox ağır günlər keçirdim. 20-25 gün xəstəxanada qaldım. Sonra bir möcüzə oldu və mən Bakıya gəldim. 1 ilə yaxın ev şəraitində qaldım. Yeriyə, hərəkət edə bilmirdim. Ancaq evdə yatırdım. Həmin anlarda şou-biznesdə olan insanlar artıq məni basdırmışdılar. Düşündülər ki, artıq Aygün yoxdur”.
Könül
Musavat.com






