İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Kazımova Filip Kirkorovdan yazdı: “Atası ermənilərə yardım etməyib”

1672 15.10.2020 12:55 Sosial A A

“Son zamanlar Filip Kirkorovun atası Bedros Kirkorovun ermənilərə humanitar yardım etməsi barədə yayılan xəbərlərə aydınlıq gətirmək istəyirəm. Filiplə danışmağı özümə borc bildim. Onunla danışığımızı nəzərinizə çatdırmaq istəyirəm. Dedi ki, Aygün, sən hansı humanitar yardımdan danışırsan? Atam iki aydır reanimasiyada yatır”.

Musavat.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə Xalq artisti Aygün Kazımova yazıb. O, Filip Kirkorovun atasının ermənilərə maddi yardım toplamasının yalan olduğunu bildirib:
“O  dedi ki, atam öz canının hayındadır. Ürəyindən əməliyyat olunub. Elə bir şey yoxdur, ola da bilməz. Bu xəbərlər yalandır, böhtandır. Belə bir addım atılmayıb. Bu xəbərləri biz təkzib etmişik. Rusiya və Ermənistan mediasında da bu haqda xəbərlər var. Qarabağda baş verənlər məni də çox üzür və sülhün tərəfdarıyam. Bu xəbər Filipi çox sarsıdıb.  

Əziz həmvətənlərim, bir şeyi araşdırmadan bir-birimizi top atəşinə tutmayaq. Unutmayaq ki, bizi düşmən izləyir.

Yeri gəlmişkən, Filip nə “Can Ermənistan”, nə də “Can Rusiya” adlı mahnı oxumayıb. Amma “Can canım Azərbaycan” mahnısı oxuyub. Bu mahnıya görə ermənilər Filipi top atəşinə tutur, ona təhqirlər yağdırırlar.

Müharibə tək ön cəbhədə deyil, həm də sosial şəbəkələrdədir.  Odur ki, ermənipərəst insanların oyununa alət olmayaq”.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR