Ayətullah Xamneyi: "ABŞ İranda hakimiyyəti devirmək istəyir, amma bacarmayacaq"
İranın dini lideri yətullah Əli Xamneyi bəyan edib ki, ABŞ İranda hakimiyyəti devirmək istəyir, amma bacarmayacaq". Musavat.com-un Reuters-ə istinadən verdiyi məlumata görə, dini lider bunu İslam inqilağının 35-ci ildönümü ilə bağlı çıxışında deyib.
"Amerikalılar rəsmən bəyan edirlər ki, onlar İranda hakimiyyət dəyişikliyinə çalışmırlar. Bu, yalandır. Onlar bacarsaydılar, bunu şübhəsiz edərdilər", - ayətullah Əli Xamneyi bildirib.






