İnsanlara hürriyət, millətlərə istiqlal!

Aydın Mirzəzadə: “Onlar çaşdılar, bilmədilər ki, belə hadisələr Azərbaycanı qorxuda bilməz”

1147 04.04.2023 11:53 Ölkə A A

Deputat Aydın Mirzəzadə Milli Məclisdəki çıxışında deputat həmkarı Fazil Mustafaya qarşı terrordan danışdı. Bildirdi ki, bu hadisədən düşmənlər sevindilər və hədəfin haradan sifariş olundğu aydın göründü. “Bu, Fazil Mustafaya atılab güllədən çox Azərbaycan dövlətinə, hər bir deputata atılan güllə idi”-deyən A.Mirzəzadə qeyd etdi ki, bu, Azərbaycanı Ermənistanla münasibətlərdə öz milli maraqlarından çəkindirməyə yönəlik plan idi. “Azərbaycanın Laçın bölgəsində həyata keçirdiyi uğurlu əməliyyatlardan 3 gün sonra bu terror törədildi. Çox böyük səhv etdilər. Onlar çaşdılar, bilmədilər ki, belə hadisələr Azərbaycanı qorxuda bilməz”, - deputat əlavə etdi.

A.Mirzəzadə qeyd etdi ki, bu gün işğalçının yanında duranın işğalçıdan heç bir fərqi yoxdur. Onun sözlərinə görə, Ermənistanın maraqlarını öz maraqları hesab edənlər bilməlidir ki, Azərbaycan 200 ildən sonra qazandığı qələbələrini canı, qanı bahasına əbədi qoruyacaq.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR