İnsanlara hürriyət, millətlərə istiqlal!

Aybəniz Haşımova qızının erməni musiqiçisi ilə birgə olan fotolarından danışdı

4058 28.07.2020 12:18 Şou-biznes A A

"Bu, bizə qarşı təxribatdır"

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyevanın erməni musiqiçi Narek Makaryanla yayılan fotolarına sosial şəbəkədə reaksiya verib.

Müsavat.com bildirir ki, sənətçi bu haqda öz "İnstagram" səhifəsində qeyd edib. Əməkdar artist yayılan fotoların onlara qarşı bir təxribat olduğunu deyib:

"Qızımla bağlı çox tez-tez sosial şəbəkələrdə paylaşılan məlum fotoları özümə qarşı 10 ilə yaxındır aparılan təxribatın davamı hesab edirəm. Hər dəfə həqiqəti deyəndə, dövlətimizin və xalqımızın maraqlarını qorumaq üçün çıxış edəndə, müəyyən qruplar qədirbilən xalqımızın səmimi vətənpərvərlik hisslərindən istifadə etməyə çalışaraq, qızımla bağlı olan fotoları paylaşır. Məqsəd məni susdurmaq, həqiqətləri deməkdən çəkindirməkdir. Bu 10 ildir davam edir".

Aybəniz Haşımovanın sözlərinə haqqında danışılan foto xarici ölkələrdən birində beynəlxalq festival çərçivəsində çəkilib:
"Bir an foto çəkdirmək lazım gəldiyində Ermənistanda doğulmayan, atası rus, anası erməni olan iştirakçı qəfil formada qızım Aynişanın yanında dayanıb və foto paylaşılıb. Əlbəttə, bütün hallarda mənfur düşmənimizi təmsil edən şəxslə eyni fotoda olmaq qətiyyən xoş deyil. Üstəlik də, atası Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün şəhid olan bir qız-Aynişan və mənim üçün. Ancaq biz həmin an üçüncü ölkənin ərazisində beynəlxalq festivalda olmuşuq. Həmin an hər hansı başqa hərəkət bizim beynəlxalq imicimizi zədələmək üçün mənfur düşmənlərimizin əlinə səbəb verə bilərdi. Biz o festivalda dəfələrlə Azərbaycan bayraqları ilə səhnədə çıxış edib, Vətənimizi tərənnüm etmişik. Təəssüf ki, bundan danışan çox azdır...
Bildirmək istəyirəm ki, məlum festivalda Azərbaycan səfirliyi və diasporunun nümayəndələri iştirak edib. Baş verənlər onların gözləri qarşısında olub. Bu fotolar illərdir tirajlanır, hesab edirəm ki, lazımi dövlət qurumları da təbii olaraq, araşdırıb".

20200728_111736.png (285 KB)

Əməkdar artist məlum olayla bağlı narahatçılıq hissi keçirmədiyini də vurğulayıb: "Bu məni narahat etmir. Azərbaycan xalqı və dövləti məni yaxşı tanıyır. Həyat yoldaşı, qızının atası bu torpaqlar uğrunda şəhid olan bir ailəyə qarşı belə ittihamlar irəli sürmək insanlıq deyil".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR