"Yeni Müsavat" Media Qrupu olaraq Vətən müharibəsinin qəhrəmanlarını tanıtmaqda davam edirik.
Bu dəfə döyüşlərdən qazi kimi qayıdan Anar Əsədovdan danışacağıq.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Anar Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmanlıqlar göstərib. Anar düşmənin artileriya qurğularını və müdafiə xəttinin həmin istiqamətdə məhv edilməsində minatan komandiri kimi iştirak edib.
Çavuş Anar Əsədov döyüşlərdə ağır yaralanıb. Sol ayağını itirib, bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb.
Anar Əsədov həm müharibə dövründə, həm də indi mülki insanların onlara dəstəyindən çox razıdır. Qəhrəmanımız deyir ki, xəstəxanadan evə gəldikdən sonra günün müxtəlif saatlarında tanımadığı insanlar onu ziyarətə gəlir.
Qazi Anarın ilk övladı olan Nihad 9 yaşında dünyasını dəyişib. İndi 5 uşaq atası olan Anar ailəsi ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşayır.
Qeyd edək ki, Anar Əsədov "Cəsur döyüşçü" və "İgidliyə görə" medalları ilə təltif edilib.
İlkin Muradov
Video: Rafət Şahbazov
Musavat.com






