İnsanlara hürriyət, millətlərə istiqlal!

Aya Sofyaya imam və müəzzin təyinatı olub

504 24.07.2020 01:10 Dünya A A

Aya Sofyaya imam və müəzzin təyinatı olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş bildirib.

O qeyd edib ki, Aya Sofyaya 3 imam və 5 müəzzin təyin edilib.

Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Aya Sofyanın Türkiyə Dəyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR