İnsanlara hürriyət, millətlərə istiqlal!

AY Partiya və KAMU-SEN başqanları arasında görüş keçirilib

329 09.02.2021 12:50 Son xəbər A A

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli bu gün Ankarada Türkiyə Dövlət Qulluqçuları Həmkarlar İttifaqlarının Konfederasiyası – Türkiyə KAMU-SEN Başqanı Öndər Kahveci ilə görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev, Başqanın məsləhətçisi Rza Heyət, Türkiyə Kənd və Meşə Təsərrüfatı işçilərinin Həmkarlar İttifaqının Başqanı Ahmet Demirçi iştirak ediblər.

Anar Əsədli partiyanın həmkarlar hərəkatına dair mövqeyini dilə gətirib. O qeyd edib ki, Azərbaycanda istər dövlət qulluğuna aid, istərsə də özəl sektorda işləyən insanların azad şəkildə həmkarlar ittifaqlarında birləşmələri bir sıra problemlərlə müşayiət olunur. Peşə və ixtisas üzrə həmkarlar ittifaqları demək olar ki, yox səviyyəsindədir. Ona görə də cəmiyyətdə həmkarlar ittifaqlarının əhəmiyyəti, vacibliyi və zərurəti mövzusunda maarifləndirmə getməlidir. Xüsusi ilə dövlət qulluğu haqqında qanunların və hüquqi aktların inkişaf etmiş ölkələrin standartlarına çatdırılması üçün AY Partiya bir sıra təkliflər hazırlayır və onların ən vaciblərindən biri dövlət qulluqçularının həmkarlar ittifaqlarında birləşməsini təmin edən təkliflərdir.

Öndər Kahveci KAMU-SEN haqqında qısa məlumat verib və qeyd edib ki. Azərbaycanın ehtiyacı olan bütün təcrübələrini paylaşmağa hazırdırlar. KAMU-SEN-nin konfederasiya olduğunu deyən Kahfeci qeyd edib ki, dövlət qulluğunun 11 sektoru üzrə qurulmuş həmkarlar ittifaqları KAMU-SEN-nin üzvüdür. Azərbaycan ilə Türkiyə arasında həmkarlar ittifaqlarının əlaqələrinin vacibliyinə də diqqət çəkən KAMU-SEN Başqanı AY Partiya ilə müxtəlif sahələrdə əməkdaşlıq edəcəklərinə dair müsbət fikir bildirib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR