İnsanlara hürriyət, millətlərə istiqlal!

AY Partiya Başqanı CHP Başqanının müavini, Türkiyənin Azərbaycandakı sabiq səfiri Ahmet Ünal Çeviközlə görüşüb

821 02.02.2021 21:00 Son xəbər A A

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş qərargahında CHP Başqanının müavini, Türkiyənin Azərbaycandakı sabiq səfiri Ahmet Ünal Çeviközlə görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev və Başqanın məsləhətçisi Rza Heyət iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Türkiyənin siyasi partiyalarının əlaqələrinin inkişafına dair müzakirələr aparılıb, 44 günlük Qarabağ savaşında Türkiyənin Azərbaycana dəstəyindən danışılıb.

Əhməd Ünal Çeviköz Azərbaycanın Qarabağda haqlı davasını hər zaman müdafiə elədiyini, iştirak etdiyi bütün beynəlxalq platformalarda Azərbaycanın torpaq bütövlüyünün keşiyində durduğunu deyib. Son Qarabağ savaşı sırasında onun dediyi bəzi sözlərinin təhrif edildiyini, Azərbaycanın suyunu içən bir insanın əsla qardaşlarına qarşı yanlış bir söz ifadə etmədiyini Azərbaycan xalqına çatdırmağı istəyib.

Azərbaycan ilə Türkiyə arasında istər siyasilərin, istərsə də sadə vətəndaşların bir-biri ilə görüşməsinin çox təbii və faydalı olacağını deyən Çeviköz hətta şəhərlər arasında əməkdaşlığın və qardaşlığın tərəfdarı olduğunu bildirib. Misal olaraq da, Ordubad ilə Ərzincanın qardaşlaşmasını arzuladığını, bunun üçün də əlindən gələni etməyə hazır olduğunu dilə gətirib.

AY Partiya Başqanı Ahmet Ünal Çeviközə Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanı təqdim edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR