İnsanlara hürriyət, millətlərə istiqlal!

AY Partiya Başqanı Ankara Ticarət Odası Başqanı ilə görüşüb

370 11.02.2021 12:24 Region A A

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli Ankara Ticarət Odası (ATO) İdarə Heyəti Başqanı Gürsel Baran ilə görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev, Başqanın məsləhətçisi Rza Heyət, ATO Başqan müavini Temel Aktay, ATO Baş katibinin müavini Ahmet Arif Sezgin, Xarici əlaqələr və Sərgilər Müdiri Ferhat Akyüz, Rəsmi Əlaqələr və Mətbuat müdirliyi şöbəsinin məsləhətçisi Nurten Deliktaş Önel, Özel Kalem Müdürü Hanife Memişoğlu Yalçın iştirak ediblər.

AY Partiya Başqanı öncəliklə Azərbaycan ilə Türkiyənin ticari əlaqələrinin potensialının çox altında olduğunu, ən qısa zamanda iki ölkənin ortaq sərbəst bazar yaratmasının vacibliyini, ölkələrimizin bir-birinə tətbiq etdiyi gömrük rüsumlarını tamamilə ləğv etməsinin vaxtının çatdığını deyib. Türkiyənin sahibkarları arasında müxtəlif fəaliyyət sahələri üzrə birliklərinin qurulması təcrübəsinin Azərbaycanda maraqla qarşılandığını deyən Anar Əsədli Azərbaycanlı sahibkarların da öz aralarında birliklər halında fəaliyyətinin tərəfdarı olduğunu, partiyanın bu istiqamətdə layihələr hazırladıqlarını dilə gətirib. AY Partiya Başqanı ATO-nun Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də ciddi və səmərəli rol ala biləcəyini, həmin ərazilərdə yenidənqurma və bərpa işlərində, həmçinin kiçik və orta sahibkarlar üçün müxtəlif layihələrlə yardımçı ola biləcəklərini vurğulayıb.

ATO Başqanı Azərbaycanın ticari baxımdan Türkiyə üçün maraqlı bazar olduğunu deyib və əlavə edib ki, onlar da ümumi dövriyyənin həcmindən razı deyillər. Tez bir zamanda Türkiyə ilə Azərbaycan arasında birbaşa quru və dəmir yolunun açılmasının ticari əlaqələrdə canlanmaya səbəb olacağını deyən Gürsel Baran bu istiqamətdə müxtəlif səviyyələrdə təkliflər verdiklərinə dair məlumatı paylaşıb. O qeyd edib ki, əgər ATO ilə birlikdə digər qurumlar da ortaq ticari layihələrə maraq göstərərsə, qısa zamanda çox böyük fayda əldə etmək olar.

AY Partiya və ATO Başqanları iki qurum arasında daimi əlaqələrin qurulmasının vacibliyini vurğulayıb və müvafiq orqanları tərəfindən koordinasiyanın təmin edilməsinə dair razılığa gəliblər.

AY Partiya Başqanı Gürsəl Barana Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanı, ATO Başqanı da Anar Əsədliyə Ankara haqqında kitab və şəhərin rəsmini həmçinin xatirə hədiyyələrini təqd

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR