İnsanlara hürriyət, millətlərə istiqlal!

Axmaq erməni mifləri - xülyalar bitib, reallıqlar və hüquq var!

1507 15.07.2023 00:07 Analitika A A

“Sağalmaz erməni xəstəliyi”... Bu, dəqiq bir diaqnozdur. Postmüharibə dövründə Ermənistan və Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki separatçılar bunu bir daha sübut etdi...
İkinci Qarabağ Müharibəsindən sonra bölgədə bütün dünyanın qəbul etdiyi və etməli olduğu tam yeni bir tendensiya, reallıqlar var.
Qısacası bundan ibarətdir ki, Qarabağın Azərbaycan ərazisi olduğunu hər kəs, o cümlədən Ermənistan rəhbərliyi də etiraf edir. İşləməyən beynəlxalq hüquq da, işlək reallıqlar, konstitusiyamız da, məntiq də onu tələb edir ki, Qarabağdakı erməni əhali mütləq şəkildə Azərbaycan qanunlarına tabe olaraq burada yaşaya bilərlər. Bunun başqa variantı yoxdur və olmayacaq. Azərbaycan qanunlarına, idarəetməsinə tabe olmaq istəməyənlər isə Qarabağdan çıxıb gedə bilərlər.


Ermənistan isə sülh, əməkdaşlıq, normal qonşuluq istəyirsə, biz hazırıq, istəmirlərsə, cəhənnəmə istəsinlər, biz heç nə itirmirik. İtirən Ermənistan və ermənilər olacaq. Sülhməramlılar da burada əbədi qalası deyil, 2025-də getməlidirlər...

Qarabağda təhlükəsizliyi, idarəetməni Azərbaycan özü həyata keçirəcək. Enində-sonunda məsələnin həlli, məğzi, sonu belə olacaq. Bunu hər kəs dərk edir. Ancaq ermənilər reallıqlara yox, hələlik özlərinin uydurduqları və yaxud onlar üçün uydurulmuş miflərə, nağıllara inanırlar. “Miatsum” xülyası rəsmən bitib, yeni-yeni xülyalara, xam xəyallara qapılırlar...

Bütün bunların fonunda hazırkı mənzərə təxminən belədir:

- Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir, paralel olaraq Qarabağda yaşayan erməni əhalinin inteqrasiyası üçün addımlar atılır, mövqe bildirilir. İyulun 15-də Brüsseldə növbəti sülh danışıqları müzakirələr keçiriləcək.
Bu dönəmdə Ermənistan və Qarabağda sülhməramlıların nəzarətindəki ərazilərdəki separatçılar, silahlı quldurlar yenə də davamlı olaraq mövqelərimizə atəş açır, təxribatlar törədirlər. Son 1 həftədə hər gün bir neçə dəfə bunu təkrarlayırlar.

- Laçın yolundan qanuni şəkildə istifadə etmək, sərhəd-keçid məntəqəsindən normal qaydada keçmək əvəzinə qanunsuz yollara əl atırlar və bu cinayətlərində BQXK-nın əməkdaşları da onlara kömək edir;

2023-06-15-09-53-08c7mwQxkDbj794aitAgbA_file.jpg (62 KB)

- Ermənistan siyasi rəhbərliyin diqtəsilə Brüssel danışıqlarından öncə Xankəndidə növbəti təxribat baş verir. Separatçıların mitinqi təşkil olunur, hətta Laçın postuna hücum etmək kimi çağırışlar edilir;

- Sülhməramlılar isə bu oyunlara sadəcə seyrçi mövqedən yanaşır, bəzi hallarda dəstək verirlər;

- Xankəndidə separatçı rejimin qondarma qurumları cani Vitali Balasanyanı, onun oğlunu, əmisi və qardaşı oğlunu həbs edir. Bu, böyük ehtimalla separatçı rejimin, ermənilərin yaşadığı Azərbaycan ərazilərində iğtişaşlar başlatmaq üçün atılan addımdır. Bəli, Vitali də, əli azərbaycanlıların qanına batmış bütün hərbi cinayətkarlar qandallanmalıdır. Ancaq indiki halda separatçıların özlərinin onu tutması bölgədə iğtişaşlar törətməyə hesablanmış addımdan başqa bir şey deyil.

- Nəhayət, ən maraqlısı: Paşinyanın deputatı - Ermənistan parlamentində xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş sazişi” partiyasının rəsmisi Sərkis Xandanyan bu durumda açıqlama verib deyir ki, Qarabağ erməniləri Bakı ilə danışıqlara başlamalıdır. “Bizim mövqeyimiz dəyişməyib: Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsində Bakı ilə dialoq lazımdır”, - Paşinyanın deputatı deyib.
Hiyləgər bir gedişdir, bir tərəfdən danışıqlar öncəsi belə görüntü yaradırlar ki, guya Ermənistan Qarabağ ermənilərinin işinə qarışmır, onlar Bakı ilə danışmalıdır. Paralelində isə Xankəndidə mitinq təşkil edirlər, belə fon yaradırlar ki, Qarabağ erməniləri Bakı ilə danışmaq istəmir, əksinə, revanşa hazırlaşır...

                     ****
Bütün bunlardan ümumi bir qənaət formalaşır: Ermənilər reallıqlara, bölgədəki yeni tendensiyaya uyğunlaşmaq - yeganə çxıış yoluna doğru addımlamaq istəmirlər. Yenə də nağılların, xülyaların ardınca sürünürlər.
Lakin bu axmaq nağıllar, xülyalar çoxdan bitib. İndi reallıqlar və hüquq var. Mitinq, piket, Amerikaya, Rusiyaya müraciətlər etmək, yalvarmaq bir nəticə verən deyil. Yalnız rəsmi Bakını dinləmək lazımdır! 
Ermənilər başa düşmək istəmir ki, gec-tez bu reallıqlara və hüquq tələblərinə əməl edəcəklər. Deməli, başa düşəcəkləri dil başqadır, başlarına yenə dəmir yumruq vurmaq lazımdır...

               ****

Görünən budur ki, “sağalmaz erməni xəstəliyi” hələ uzun müddət bölgə üçün problemlər yaradacaq.
Bu kontekstdə deputat Ceyhun Məmmədov Milli Məclisin iclasında maraqlı fikirlər söyləyib və onunla tam razıyam.

“Proseslərin təhlili göstərir ki, müharibə bitsə də Ermənistanın ölkəmizə qarşı təxribatları müharibədən əvvəlki dövrdə olduğu formada və bir az da kəskin şəkildə davam edir və hələ uzun illər davam edəcək”...

C.Məmmədov bildirib ki, Ermənistan xaricdə, xüsusən islam ölkələrində Azərbaycana qarşı böhtan kampaniyasını da gücləndirib.
Şübhəsiz, biz də beynəlxalq aləmdə bu yalanları ifşa edəcək qədər gücə sahibik. Amma təbii ki, kifayətlənmək olmaz.

Qarabağda erməniləri ram etmək üçün hərbi-taktiki işlərimizlə yanaşı, beynəlxalq aləmdə də təbliğat-təşviqat işlərimizi maksimum gücləndirməliyik. Həm səfirliklər, həm diaspor vasitəsilə dünyanın hər yerində xarici media və QHT-lərlə əlaqələri gücləndirməliyik.

Necə deyərlər, "mübarizə dünən də var, bu gün də, yarın da..."

Elşad MƏMMƏDLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR