İnsanlara hürriyət, millətlərə istiqlal!

Axı sən kimsən, Kələntərov? - Rusiyanın xarici işlər naziri bu gün 70 yaşını qeyd edir

5753 21.03.2020 11:42 Maraqlı A A

O, sübhəsiz ki, tarixdə öz adı ilə qalacaq diplomatdır. Rusiyanın maraqları onun üçün hər şeydir. Şeytani bir gülümsəməsi, acı dili, sərt üslubu var. Nə sirdirsə, türkləri sevmədiyini gizlətməkdə çətinlik çəkir, ya da biz onun milli kimliyini bildiyimizdən səmimi ola biləcəyinə inanmırıq. Vaxtilə daşıdığı Kələntər(yan)ov soyadı heç nə demir, hətta antropoloji quruluş etibarilə də milli kimliyinə bağlılığı görünmür. Amma o, erməni olduğunu gizlətmirsə, biz də ona rus kimi baxa bilmərik. Erməni olmaq, bunu dilə gətirmək suç deyil, onlar da yaşamaq, artmaq, dövlət qurmaq haqqına sahibdirlər. Bunları da bilinən yollarla əldə ediblər. Amma indi özgəsinin torpağı, özgəsinin həyatı hesabına ərazi əldə etmək istəyirlərsə, demək pis ermənisən…

Lavrovun erməni olması prinsip etibarilə Qarabağ məsələsinə baxışda heç nəyi dəyişmir, çünki o mənən bağlı olduğu Rusiyanın oğludur, o dövlətin maraqları onun üçün hər şeydən, ermənilərdən də, Ermənistandan da üstündür. Lavrov heç şübhəsiz güclü, hiyləgər diplomatdır, onun baqajını indiyədək Qərbin ən təcrübəli diplomatları da, dövlət başçıları da etiraf etmək zorundadırlar. O, Rusiya üçün əvəzedilməz tapıntıdır, BMT-də işlədiyi 10 ildə də Rusiya üçün çox can yandırırdı. Amma Sergey Lavrov 2004-cü ildən bəri dəyişən dünyada, sıxılan və sıxan Rusiyada prezident Putindən sonra ən reytinqli məmurlar sırasındadır. Azərbaycanda, ona münasibət birmənalı deyil, bu, həm də onun milli kimliyi ilə bağlıdır. Ermənisənsə, necə Qarabağ məsələsində ədalətli ola bilərsən axı? Erməni kimi Lavrovun Qarabağ məsələsində nə düşündüyünü təxmin etmək çətin də deyil. Xankəndindəki Karapet nə düşünürsə, aşağı-yuxarı o da belə düşünür. Amma Lavrov Rusiya xarici siyasətini müəyyən edən Putinin Azərbaycana münasibəti ilə uzlaşmalıdır. Bu məsələdə onun ermənilər üçün görə biləcəyi bir iş yoxdur, onun özü də kontroldadır və Putinə yaxınlığı heç nəyi həll etmir.

Onun Novruz bayramında anadan olması da maraqlı bir təsadüfdür. Lavrov 21 martda deyil, ermənilər üçün saxta tarix olan 24 apreldə anadan olsaydı, daha məntiqli olardı.

Bu gün Lavrovun 70 yaşı tamam olur. 70 yaş diplomat üçün kritik hədd deyil, bəlkə də ən müdrük çağıdır…

Kələntərovun Lavrova dönüşü

Lavrov 1950-ci il martın 21-də anadan olub. Bir çox mənbələr onun Moskvada anadan olduğunu iddia etsə də, o, Tiflisdə anadan olub. Gürcü mənbələrində balaca Sergeyin Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulduğunu yazılıb.

Onun uşaqlığı bu rayonun Ararat küçəsində keçib. Atası Tiflis ermənisidir və əsl soyadı Kələntərov- Kələntəryandır.

Kələntərovlar uzun illər boyu Tiflisdə yaşayıblar və Rusiya İmperiyası dövründə varlı ailə hesab olunublar. Lavrovun erməni babası uzun illər Tiflis Dumasının deputatı olub. İnqilabdan sonra ailənin mülkü müsadirə olunsa da, Kələntərovlar heç zaman ehtiyac içində yaşamayıblar. Ailə daxilində rus dilindən geniş istifadə olunduğu üçün Lavrov erməni dilini öyrənə bilməyib. Qeyd etmək lazımdır ki, Lavrovun rus milliyyətindən olan anası o dövrlərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.

Gələk əsas məsələyə - Sergey Kələntərov erməni atasını erkən yaşda itirib. Tezliklə, onun anası ikinci ərə gedir. Sergey də ikinci atasının soyadını götürür- Lavrov. Bu zaman Sergeyin artıq 5 yaşı vardı və Kələntərov onun üçün keçmiş oldu.

Lavrovun ailəsi Moskva vilayətinin Noginsk şəhərinə köçür. İngilisdili təmayüllü orta məktəbi bitirən Sergey Lavrov 1967-ci ildə Moskva Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. İnstitutun Şərqşünaslıq fakültəsində Şri-Lankadakı azsaylı Sinqal xalqının dilini öyrənib. Lavrov bundan başqa, ingilis və fransız dillərini də öyrənir.

1972-ci ildə ali təhsilini bitirən Lavrov karyera yüksəlişinə nail olur. 1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışır. 80-ci illərdə isə SSRİ-nin Nyu-Yorkda yerləşən daimi nümayəndəliyində işləyir. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub.

O, bu postda 10 il çalışıb. 2004-cü il fevralın 24-də Vladimir Putin Nazirlər Kabinetini istefaya göndərir. Martın 9-da isə prezident yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyir. Sergey Lavrov Rusiya xarici işlər naziri təyin olunur.

Maraqlıdır ki, nazir postuna gedən yolda öz nüfuzuna arxalanan Lavrov erməni mənşəyi ilə bağlı sübutları məxfiləşdirir. Buna rəğmən nazir postunda o, erməni təəssübkeşliyini gizlədə bilməyib. Ermənistana səfərlərinin biri isə bütün kartları açır. Lavrov 2005-ci ilin 17 fevralında Ermənistana rəsmi səfərə gəlir.

Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan və xarici işlər naziri Vardan Oskanyanla görüş keçirdikdən sonra o, tələbələrin suallarını cavablandırır. Tələbə qızın “erməni mənşəyiniz işinizə mane olmur ki” sualına Sergey Lavrov belə cavab verir: “Əslində, mənim mənşəyim Tiflisdəndir, atam tiflislidir. Amma qanım doğurdan da erməni qanıdır. Yox, bu mənə işimdə mane olmur”.

Sergey Lavrov Moskva Beynəlxalq İnstitutunun 3-cü kursunda tələbə yoldaşı Mariya Aleksandrovna Lavrova ilə evlənib. Mariya Lavrova həyat yoldaşı ilə tanışlığı belə xatırlayır: “Mən Seryojanı o saat gözaltı etdim. Yaraşıqlı, ucaboy və cüssəli idi. Axşamlar əlində gitara Vısotskinin səsini təqlid edirdi və bununla qızların ağlını başından alırdı”.

Cütlüyün 1 qız övladı var. Yekaterina Sergeyevna Lavrova 1983-cü ildə Nyu-Yorkda andan olub. O zamanlar Lavrov SSRİ-nin BMT-dəki daimi nümayəndəliyində çalışırdı. 2004-cü ildə xidməti vəzifəsinin dəyişməsi səbəbilə Moskvaya geri dönməli olan Lavrovun qızı Amerikada qalır.

Yekaterina Lavrova Kolumbiya Universitetini bitirib. Sergey Lavrovun qızı Rusiyanın ən iri əczaçılıq şirkətlərindən birinin sahibi Semyon Vinokurovun oğlu ilə ailə həyatı qurub. Yekaterina Lavrova və Aleksandr Vinokurovun toy mərasimi 2008-ci ilin sentyabrında Moskvanın mərkəzində baş tutub. Mərasim sırf pravoslav kiləsinin qaydaları əsasında həyata keçirilib. Nazirin kürəkəni Aleksandr Vinokurov “Summa” şirkətlər qrupunun prezidentidir.

2010-cu il dekabrın 5-də isə Sergey Lavrovun oğul nəvəsi dünyaya gəlib.

Şeir yazmağı, gitarada ifa etməyi sevən Sergey Lavrov futbol azarkeşi kimi “Spartak” (Moskva) klubuna da azarkeşlik edir. Bundan başqa, siqaret aludəçiliyi ilə tanınır. Hətta BMT-nin Baş katibi ona binada siqaret çəkməyin qadağan olunduğunu xatırladarkən “bu bina ki, sizin şəxsi mülkünüz deyil”, cavabını veribmiş.

Orxan Əliyev
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR