İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP qərargahındakı partlayışla bağlı ictimai dinləmələr keçirilib

699 14.03.2014 13:27 Siyasət A A
Bu gün Milli Şura AXCP-nin icarəyə götürdüyü qərargah binasının partladılaraq sökülməsi ilə bağlı müzakirə təşkil edib. 

Müzakirəyə hadisə ilə bağlı müstəqil təhqiqat qrupunun hazırladığı hesabat təqdim olunub.

Tədbirin aparıcısı Mehman Əliyev məlumat verib ki, təhqiqat qrupu jurnalistlərdən və ekspertlərdən təşkil olunub. Hazırlanan hesabat ingilis və rus dillərinə də tərcümə olunaraq yayılacaq.

Sonra qrupun rəhbəri, jurnalist Əfqan Muxtarlı hesabatı təqdim edib. sənəd 9 bənddən və bir tövsiyədən ibarətdir.

Hesabatda bildirilir ki, partlayışdan sonra polis və Fövqəladə Hallar Nazirliyi nümayəndələrinin hadisəyə dərhal reaksiya verməsi hadisənin gözlənilən olduğu tövrünə uyğun gəlir. Bu isə şübhəyə əsas verir.

Partlayış binanın daşıyıcı divarlarına zərər vurmayıb və ya yüngül zərər vurub. Buna baxmayaraq bina dərhal sökülüb.

Təhqiqat qrupu bu qənaətə gəlib ki, partlayış yerindəki qaz balonu köhnə və ora atılmış olub. Balon partlayışdan çıxmışa qətiyyən oxşamır. Partlayış gününə qədər süpürülməyən küçə nədənsə, həmin gün partlayışdan dərhal sonda süpürülüb. Bu, daha çox partlayışın izini itirməyə kömək etməyə hesablanmış addım kimi başa düşülür.

Təhqiqat qrupuna görə, partlayışdan sonra ərazinin ayırıcı lentlə əhatələnməməsi böyük məsuliyyətsizlik və müəmmadır.

Hesabatda diqqətə çatdırılır ki, partlayışın mənşəyi barədə hələ də rəsmi açıqlama verilməyib.

"Binanın məsul dövlət orqanları tərəfindən ekspertizası mötəbər olmayıb. Binanın qəzalı olub-olmadığını müəyyən etmək üçün xüsusi avadanlıqlardan istifadə edilməyib. Binanın sökülməsi üçün verilən rəyi hüquqşünaslar əsassız sayır”, - deyə hesabatda bildirilir. /Azadlıq qəzetinin saytı/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR