İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP-nin növbəti qurultayı keçirilir - Fotolar (Yenilənir)

2745 27.09.2015 14:45 Siyasət A A
Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayı keçirilir.
 
APA-nın məlumatına görə, AXCP sədri Əli Kərimli bildirib ki, qurultayın keçirilməsinə yetərsayın təmin olunduğunu bildirəndən sonra tədbir öz işinə başlayıb.
 
5 nəfərdən ibarət Say və Mandat Komissiyası, 3 nəfərdən ibarət sədarət formalaşdırılıb.
 
Qeyd edək ki, qurultayda Milli Şuranın sədri Cəmil Həsənli iştirak edir.
 
Müsavat və digər partiyalara dəvət göndərilməyib. 
 
Qeyd edək ki, partiyanın müraciətinə əsasən Bakı şəhər İcra Hakimiyyəti qurultayın keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evində yer ayırıb. 

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiyanın qurultayında hesabatla çıxış edib.

“Report”-un məlumatına görə, o, ötən dövrdə görülən işlərdən danışıb.
Ə.Kərimli çıxışında ölkə müxalifətinin birliyi məsələsinə toxunaraq qeyd edib ki, AXCP həmişə birliyin tərəfdarı olub: "Amma Milli Şuradakı bəzi qüvvələr birliyə qarşı çıxaraq, qurumu tərk etdilər. Bir müddət sonra isə həmin qüvvələr ictimai rəyin təzyiqi ilə üzləşərək dedilər ki, nə vaxta qədər AXCP-nin qərarları ilə hərəkət edəcəyik?!".





İlqar İbrahimoğlu


Elçin Qasımov

Gültəkin Hacıbəyli



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR